Sual: Məryəm surəsinin 45-ci ayəsində İbrahim əleyhissəlam belə deyir: “Ata! Mən sənə Rəhmandan (Allah) bir əzab gələcəyindən, beləcə, sənin şeytanın dostu halına düşməyindən qorxuram”. Məgər biz bir günahımıza görə cəzanı bu dünyada çəkdiyimiz vaxt, yəni, Allahdan bir əzab gəldikdə şeytanın dostu oluruq?
Cavab: Burada İbrahim peyğəmbərin qövmünün vəziyyətinə diqqət yetirmək lazımdır. Həmin insanlar başlarına bir iş gəldiyi vaxt bütlərdən kömək istəyirdilər. Ayədə İbrahim peyğəmbər atasına bunu demək istəyir: “Sənin başına bir iş gəlsə, Allahla öz arana “qoyduğun” bütlərə yalvarıb yaxarar və ondan kömək diləyər, beləcə, şeytanın dostu olarsan. Düz yoldan tamamilə çıxmış olarsan”.
O qövmə mənsub olan insanlar başlarına bir müsibət (çətinlik, problem) gəlməmiş bütlərdən kömək istəmirdilər.
Ayəyə əsasən İbrahim öz nitqində bütlərdən danışmır. Atasının ona verdiyi cavab isə söhbətin nədən getdiyini izah edir:
“(Atası) dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”. (Məryəm, 19/46)
Qısa desək, İbrahim atası ilə danışdığı vaxt bütlərdən söz salmadığı halda, atası onun: “şeytanın dostu olarsan”, – deməyindən məsələni anlayır. Başa düşür ki, İbrahim onun bütlərdən bir şey istəməyinin əleyhinədir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.