Sual: Mötəbər hədis mənbələrində qeyd edilir ki, mömin nəcis (murdar) olmaz. Bunu peyğəmbərimiz deyib. Müşrik, kafir və münafiqlər murdardırlar, amma İslam onları təmizləyir. Bəs aybaşı halında olan qadın necə? O niyə mənəvi cəhətdən murdar hesab olunur? Məgər dindən çıxır?
Cavab: Namaz qılmaq üçün şərt olan dəstəmaz mənəvi cəhətdən böyük əhəmiyyət daşıyan maddi təmizlik deməkdir. Çünki dəstəmaz insanın ifraz etdiyi nəcasətlərin ucbatından pozulur. Bədənindən qan çıxan və ya aybaşı olan qadın murdar olmaz. Bunların murdar olduğunu məzhəblər iddia edir ki, bu iddia Qurana tamamilə ziddir.
Hənəfi məzhəbinə əsasən qan dəstəmazı pozur. Ancaq bu hökm nə bir ayə, nə də bir hədisə əsaslanır.
http://www.muselmanlar.com/fitvalar/3633.html
Kafirlər isə fərqlidirlər. Onların kirliliyi sırf səhv əqidələrinin ucbatındandır və mənəvidir. Onları təmizə çıxardan bilən şey düzgün əqidəyə malik olmaqlarıdır. Sualınızdakı hədisdə nəzərdə tutulan və xüsusi olaraq vurğulanan budur. Düzgün əqidəsi olanlar dəstəmazlı olub olmamaqlarından asılı olmayaraq iman baxımından təmizdirlər.
QEYD: Sualınızda qeyd etdiyiniz hədis belədir:
Bir dəfə Əbu Hüreyrə cənabət olmuşdu. Mədinənin küçələrindən birində peyğəmbərlə qarşılaşdı. Dərhal aradan çıxıb getdi. Yuyundu. Peyğəmbər onun harada olduğunu soruşdu. Əbu Hüreyrə gəldiyi vaxt özündən də soruşdu. Əbu Hüreyrə cünub olduğunu dedi. Bildirdi ki, bu halda sənin yanında oturmağı düzgün hesab etmədiyim üçün aradan sivişib getdim. Peyğəmbər bu sözlərin üstündən belə dedi:
“Sübhanallah! Mömin heç murdar olmaz ki!”. (Buxari, Qüsl, 23; Müslim, Heyz, 371)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.