Sual: İslam dininə əsasən insanın bədənində hansı yerlərə estetik əməliyyat tətbiq edilə bilər?
Cavab: Əgər bədənin bir yerində şikəstlik və hansısa başqa bir qüsur (nəfəs almaqda çətinlik, görmə qabiliyyətinin azalması, burnun içində sümük parçalarının olması və sairə) varsa, olar.
Buna başqa misallar da vermək mümkündür. Belə ki, bəzi insanlarda dodaqlar anadangəlmə qüsurlu olur. Yanğın, yol-nəqliyyat qəzası, təbii fəlakət və sairə kimi arzuolunmaz hadisələr nəticəsində də insanlar yaralanır və bəzi hallarda onlarda ciddi fiziki qüsurlar yaranır. Bu kimi şeylər həmin insanları psixoloji cəhətdən çox narahat edir.
Odur ki, belə əməliyyatlarda bu sahənin mütəxəssisi olan həkimlərin, eləcə də, öz işini yaxşı bilən bir psixoloqun rəyinə diqqət yetirmək lazımdır. Əgər əməliyyatdan sonra qüsur aradan qaldırılacaqsa və insan sağlamlıq baxımından daha yaxşı olacaqsa, buna dini cəhətdən də icazə verilir və bu, lazımdır.
Ancaq: “Mən burnumu bəyənmirəm, dodağımı dartdıracağam, çənəmi qısaltdırmaq istəyirəm, döşlərimi böyütdürəcəyəm”, – və sairə kimi səbəblərlə, yəni, sırf gözəl görünmək üçün aparılan estetik əməliyyatlara icazə yoxdur. Qısa desək, bunlar İslam dininə əsasən düz deyil.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.