Sual: Vəftiz nə deməkdir? Katolik xristianlıqda vəftiz haqqında nə deyilir?
Cavab: Vəftiz “suya salmaq” və ya “suya batırmaq” deməkdir. Bu, Məsihin öldükdən sonra dəfn edilməsini və onunla birlikdə dirilərək yeni varlıq kimi ortaya çıxmasının rəmzi mənasıdır. ((Mənbə: «Katolik Kilisesi Din ve Ahlak İlkeleri», paraqraf. 1213. Bu əsər Papa 14-cü Luinin (yepiskop II Jan Paul-un) əmri ilə 1986-cı ildə kardinal Jozef Ratzingerin sədrliyi ilə qurulan və 12 üzvdən təşkil edilən bir heyətin 6 illik əməyi nəticəsində meydana gətirilib. Bu prinsiplər Vatikan kilsəsi tərəfindən qəbul edilmiş təlimatları əhatə edir. Türk dilinə tərcüməsini Dominik Pamir hazırlamış və 15 avqust 2000-ci ildə İstanbul şəhərində Türkiyə yepiskoplar konfransı tərəfindən nəşr edilmişdir.))
Katoliklərin fikrincə, vəftiz xristian olmağın ilk şərtidir.
Rəbb İsa günahların bağışlanmasını inanca və vəftizə bağlamışdır. ((Eyni əsər, par. 978.)) Vəftiz əsnasında alınan bəxşiş o qədər tam və qüsursuzdur ki, nə ilk günahda, nə də azad iradə ilə işlədilən günahlarda silinəcək bir şey və ya cəzası ödəniləcək günah qalır.
Katoliklərin fikrincə, vəftizlə bütün günahlar, əsas günah və bütün şəxsi günahlar cəzaları ilə birlikdə bağışlanır. Artıq vəftizlə günahı təmizlənən insanlar üçün Tanrının hakimiyyətinə daxil olmalarına nə Adəmin günahı, nə şəxsi günahlar, nə də ən pisi Tanrıdan ayrılma günahının gətirdiyi maneələr qalır.
“Vəftiz ata Tanrıda oğlu vasitəsiylə müqəddəs ruhda yenidən doğuluşu təmin edən lütfdür. Çünki Tanrının ruhunu daşıyanlar Oğula yönəlirlər, Oğul onları Ataya təqdim edir, Ata isə onlara uzunömürlülük verir.”
BİR KEŞİŞLƏ SÖHBƏT
Bir protestant keşişi ilə etdiyim söhbət kilsənin özünü necə Allahın yerinə qoyduğunu göstərir:
Dedim: Xristian olmağın ən mühüm şərti nədir?
Dedi: Vəftiz olunmaqdır.
Dedim: Kilsənin bütün inanc və ibadətlərini səmimi qəlbdən qəbul edən, ayinlərində iştirak edən, kilsəyə daima köməklik göstərən, lakin vəftiz olunmayan birisi xristian sayılır?
Dedi: Xeyr. Çünki hər insan kimi o da Adəmin etdiyi əsas günahla dünyaya gəlmişdir. Onun həmin günahdan və bütün günahlardan təmizlənməsi yalnız vəftizlə mümkündür. Vəftiz insanı Tanrının xalqı arasına daxil edir.
Dedim: Bir insan vəftiz olunmaq üçün müraciət etsə, lakin qəbul edilməsə, başqa bir kilsəyə gedərkən yolda ölsə, cənnətə düşər, yoxsa cəhənnəmə?
Dedi: Cəhənnəmə. Çünki vəftiz edilməmişdir.
Dedim: Körpə ikən vəftiz olunan, sonra kilsəyə heç getməyən, günahlarla dolu həyat yaşayan bir insan öldükdə hara gedir?
Dedi: Cənnətə. Çünki vəftizlə Tanrının xalqından olmuşdur.
Dedim: Bu gün bir çox yerlərdə müsəlman olan xristianlar var. Bunlar sizə görə də müsəlmandırlar?
Dedi: Xeyr, onlar xristiandırlar. Çünki biz onları kilsədən çıxartmadıq.
Dedim: Yəni xristianlıqdan çıxmaq üçün də sizin təsdiqiniz lazımdır? Hətta körpə ikən vəftiz olunsa da?
Dedi: Bəli, elədir.
Dedim: Bu dinə girmək də sizin qərarınızla olur, çıxmaq da? O zaman bu Allahın deyil, kilsənin dini olur.
Cavab yoxdur…
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.