Sual: Katolik əqidəsində İsa peyğəmbərin anası həzrəti Məryəm haqqında nə deyilir? Qurani-Kərim onların həzrəti Məryəmə münasibətlərini necə qiymətləndirir?
Cavab: Katoliklərin fikrincə, Məryəm ana əslində Tanrının anasıdır. ((Mənbə: «Katolik Kilisesi Din ve Ahlak İlkeleri», paraqraf. 467. Bu əsər Papa 14-cü Luinin (yepiskop II Jan Paul-un) əmri ilə 1986-cı ildə kardinal Jozef Ratzingerin sədrliyi ilə qurulan və 12 üzvdən təşkil edilən bir heyətin 6 illik əməyi nəticəsində meydana gətirilib. Bu prinsiplər Vatikan kilsəsi tərəfindən qəbul edilmiş təlimatları əhatə edir. Türk dilinə tərcüməsini Dominik Pamir hazırlamış və 15 avqust 2000-ci ildə İstanbul şəhərində Türkiyə yepiskoplar konfransı tərəfindən nəşr edilmişdir.)) “Onun analığı sona çatmamışdır. Yenilənən vasitəçiliyi ilə əbədi xeyirlər, faydalar gətirən ərməğanlarını daima bəşəriyyətə verməkdə davam edir. Məryəm Anaya kilsədə vəkil, köməkçi, köməyə tələsən, vasitəçilik edən deyirlər.” ((Adı çəkilən əsər, paraqraf 969.)) Onlar bu sözləri ilə Məryəm ananı tanrı qəbul edirlər.
Bir gün Allah belə deyəcəkdir:
وَاِذْ قَالَ اللَّهُ يَا عِيسَىابْنَ مَرْيَمَ ءَاَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِى وَاُمِّىَ اِلَهَيْنِ مِنْ دُونِ اللَّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِى اَنْ اَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ اِنْ كُنْتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَا اَعْلَمُ مَا فِى نَفْسِكَ اِنَّكَ اَنْتَ عَلَّامُ الْغُيُوبِ (116) مَا قُلْتُ لَهُمْ اِلَّا مَا اَمَرْتَنِى بِهِ اَنِ اعْبُدُوا اللَّهَ رَبِّى وَرَبَّكُمْ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِى كُنْتَ اَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ وَاَنْتَ عَلَى كُلِّ شَىْءٍ شَهِيدٌ (117)
“Ey Məryəm oğlu İsa! İnsanlara sən: “Məni və anamı Allahla aranızda iki vasitəçi tanrı bilin!” – demişdin? “İsa cavabında belə deyəcəkdir: “Sənin belə bir şeylə nə əlaqən olar? Mənim doğru olmayanı deməyim mümkün deyil. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, amma mən isə Səndə olanı bilmərəm. Bütün bilinməyənləri bilən ancaq Sənsən!
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırmışam. Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun dedim! Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni vəfat etdirəndən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!” (Maidə, 5/116-117).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.