Müsəlmanlar
10 kasıbı yedirtmək 1 köləni azad etməyə bərabərdir?

10 kasıbı yedirtmək 1 köləni azad etməyə bərabərdir?

Sual: Maidə surəsində (89-cu ayə) and kəffarəsi haqqında danışılır və belə deyilir: “Allah bilmədən ağzınızdan çıxan andlarınıza görə sizi məsul hesab etməz. Amma bilə-bilə içdiyiniz andlara görə sizi məsul sayar (sorğu-sual edər). Bunun da kəffarəsi sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından on yoxsulu yedirtmək, yaxud onları geyindirmək ya da bir köləni azad etməkdir. Bunları etməyə gücü çatmayan kəs üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. (Bununla yanaşı), öz andlarınızı qoruyun (onlara sadiq qalın: andlarınıza rəayət edin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” Mən bir şeyi başa düşə bilmədim. 10 kasıbı yedirdib içizdirmək 1 köləni azad etməyə bərabərdir, yoxsa yox?

Cavab: Kəffarələrdə sadalanan bəndlərin bir-birinə bərabər olmasından söhbət gedə bilməz. Ayədə seçimlər cavabdeh olan şəxsin maddi vəziyyətinə görə – imkanlarından asılı olaraq çətindən asana formasında sadalanıb. Misal üçün, bir köləni azad etmək and kəffarəsində olduğu kimi, zihar və adam öldürmək kəffarələrində də var. Ancaq ziharda kölə tapa bilməyən şəxsin 60 kasıbı yedirdib içirtməyinə dair tələb var.

Eyni qaydada and kəffarəsində axırıncı variant kimi təqdim olunan 3 gün oruc tutmaqdan söhbət gedir. Amma zihar və adam öldürməkdə dalbadal olmaq şərtilə 2 ay oruc tutmaq tələb olunur. Bunlar bir-birinə bərabər olan şeylər deyil. Kəffarət ibadət kimi yerinə yetirilməli olan borc olduğuna görə Allah necə əmr edibsə, o cür də ödənməlidir.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.