Sual: Məlumdur ki, təriqətlərdə bəzi xüsusi məfhumlar var. Rəvasi də onlardan biridir. Bunun mənası nə deməkdir?
Cavab: Rəvasi sözü Ərəb dilində “dağlar”, əvtad isə “sütunlar” mənasına gəlir. Təriqətçilərin fikrinə əsasən fəlakət baş verdikdə bəndələr əvtada, əvtad isə rəvasiyə üz tutur. Rəvasini Qütb (“düzgün” yolun rəhbəri) idarə edir. Qütbdən sonra gələn iki insana “imaman” deyirlər. Bunlardan birinə “imamı yəmin”, digərinə “imamı yəsar” adı verilir. “İmamı yəmin” (sağdakı imam) qütbün hökmlərinə, “imamı yəsar” (soldakı imam) isə qütbün həqiqətində ortaya çıxır. Yəni təriqətçilər “biri qütbün qərarlarını, digərinin isə həqiqi cəhətlərini bilir” – deyirlər. Qütb öldükdə yerinə imamı yəsar keçir. Qütb ilə iki imam üçlüyü əmələ gətirirlər.
Bunlardan başqa, sayları səkkiz və ya qırx olan “nücəba” ilə sayları on və ya üç yüz olan “nuqəba”nın olduğu və onların insanların daxili dünyalarından xəbərdər olduqları iddia olunur. ((MƏNBƏ: Hasan Kamil Yılmaz, «Ricalul-Ğayb Ğayb Ərənləri», Altınoluk Məcmuəsi, dekabr 1995.))
Bütün bunlar Quranın küfr və Allaha şərik qoşma sayaraq qadağan etdiyi şeylərdir. Müsəlmanlar namazın hər rükətində:
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِينُ
“Yalnız Sənə qul olur və yalnız Səndən kömək diləyirik!” (“Fatihə” surəsi, 1/5) deyərək, zehinlərini canlı saxlayırlar ki, bu vəziyyətə düşməsinlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.