Müsəlmanlar
Peyğəmbərin dövründə əsirlər kölə halına salınırdı?

Peyğəmbərin dövründə əsirlər kölə halına salınırdı?

Sual: Muhəmməd peyğəmbərin dövründə müharibə əsirləri müsəlman ailələrə paylanırdı. Onlar bu yolla bir növ nökər və kölə halına salınırdılar. Bu düzdür?

Cavab: Peyğəmbərin (s. a. v.) dövründə əsirlər ailələrə verilirdi amma kölə halına düşmürdülər. Əsirlər müəyyən müddət ərzində ailələrin yanında qalırdılar. Onlar həmin ailələrin bir üzvü kimi idilər və bir növ tərbiyə olunurdular; İslamı və müsəlmanları yaxından tanımaq imkanı qazanırdılar. Əsirlər müsəlman ailələrdə himayə olunurdular. Ailə öz yediyindən və geydiyindən onlara da verirdi. O dövrdə belə bir sistem var idi. Sonra da öz yerlərinə yola salınırdılar. Beləcə, İslam dinini getdikləri yerdə çox yaxşı səviyyədə təbliğ edirdilər.

Əsirlərin əsirlikləri məcburan başa çatırdı. Çünki öz ölkələrində onların fidyəsini verən heç kəs olmasa belə, zəkatın səkkizdə biri əsirlərin azad edilməsi üçün ayrılırdı. Bu, çox yüksək bir rəqəmdir.

Əgər əsir düşərgəsində yaşasaydılar, vəziyyət bunun tamamilə əksinə dəyişərdi. Halbuki onlara dini əqidələrini dəyişdirsinlər deyə, təzyiq göstərən də yox idi.

Əlavə olaraq, Muhəmməd peyğəmbər (s. a. v.) həmin insanlara kölə, nökər və kəniz deməyi də qadağan etmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.