Müsəlmanlar
Xristianlar məsciddə mərasim keçirə bilərlər?

Xristianlar məsciddə mərasim keçirə bilərlər?

Sual: Biz müsəlmanıq. Məscidlərimiz var. Xristianlar gəlib məsciddə ayin keçirə bilərlər? İslamda bu məsələyə münasibət necədir?

Cavab: Mənbələrdə belə bir qeyd var ki, Muhəmməd peyğəmbərlə (s. a. v.) görüşməyə gələn 60 nəfərdən ibarət Nəcran xristianları heyəti peyğəmbərin məscidində ibadət ediblər. Məşhur İslam alimi Muhəmməd Həmidullah İbn Hişamdan götürdüyü məlumatlara əsasən həmin əhvalatı aşağıdakı kimi nəql etmişdir:

“Nəcranlı xristianlar Midraslarının (məktəb və məhkəmə) başçısı və keşişi olan Əbu Harisə ibn Əlqəmə, onun müavini Abdulməsih və karvanbaşı əl-Eyləmin rəhbərliyi ilə 60 nəfərdən ibarət bir heyəti Mədinə şəhərinə göndərdilər. Mənbə (İbn Hişam) bu barədə ətraflı məlumat verir. Belə ki, onların geyimləri və dəvələri Mədinəlilərə yaman təsir etmişdi. Onlar günortadan sonra peyğəmbər məscidində Muhəmməd əleyhissalamın hüzuruna çıxdılar. Sonra özlərinə məxsus ibadətləri yerinə yetirmək istədilər. Peyğəmbər bayıra çıxıb məscidi onların sərəncamına verdi. Onlar da ibadət etdikləri vaxt şərqə tərəf yönəldilər (şərqə üz tutdular)”. ((MƏNBƏ: Muhammed Hamidullah, İslam peyğəmbəri, 1-ci cild, s. 619-620.))

Peyğəmbər ibadət etsinlər deyə, məscidini onların ixtiyarına verdiyi üçün bu məsələdə bir problem olmadığını başa düşmək olur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.