Sual: Tez-tez vəsvəsə halına düşməkdən necə xilas olmaq olar? Vəsvəsə insanda həmişə davam edə bilər?
Cavab: İnsan nə qədər sağdırsa, yəni, nə qədər yaşayırsa, vəsvəsə bir o qədər davam edir. Çünki Allah şeytana Qiyamətə qədər yaşamaq icazəsi verdiyi vaxt şeytan belə demişdi:
“İndi ki, sən məni yoldan çıxartdın, and olsun ki, mən də onlardan ötrü sənin haqq yolunun üstündə oturacağam.
Sonra onların qabaqlarından, arxalarından, sağ və sollarından dürtüləcəyəm. Görəcəksən ki, onların əksəriyyəti Sənə təşəkkür etmirlər”.
Allah belə buyurdu: “Danlanmış və qovulmuş olaraq itil oradan! Sən bir gör, onların biri sənə tabe olsa, Mən də and içirəm ki, Cəhənnəmi sizinlə dolduracağam”. (Əraf, 7/16-18)
Deməli, insan düzgün bir iş gördüyü vaxt şeytan ona mütləq bir vəsvəsə verir. Əgər səhv yolda olsanız, şeytan sizə dəyib dolaşmaz. Bunu bilsəniz, rahat olarsınız.
Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) belə demişdir:
“De ki, mən Allaha iman etdim. Sonra da haqq (düzgün) yolla get”. (Müslim, İman, 62; Tirmizi, Zühd, 60)
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.