Sual: Səlat (namaz) sözünün mənası nədir?
Cavab: Namaz (nəmaz) sözü Fars mənşəli bir sözdür. Oruc kəlməsi də bizim dilimizə Fars dilindəki ruzə sözündən keçmiş, əvvəllər gündəlik mənasında oruzə olaraq işlədilmiş, sonra oruc kimi tələffüz edilmişdir.
Səlat sözü isə ərəbcədir. Bu sözün bir nəfərin arxasınca getmək, dəstək olmaq, ibadət etmək, dua etmək kimi müxtəlif mənaları var. Yerinə yetirilmə qaydaları məlum olan ibadətə – namaza da səlat deyilir.
Yerindən asılı olaraq səlat sözünə dəstək olmaq mənası da verilir. Misal üçün, aşağıdakı ayədə (Əhzab, 33/56) “yusallunə” ifadəsində olduğu kimi:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
Burada deyilir ki, Allah və mələklər peyğəmbərə dəstək olurlar; yəni, bir növ ona xeyir-dua verir, ona salavat göndərirlər.
Yeri gəlmişkən, bu misalları çoxaltmaq mümkündür.
Qısa desək, səlat sözü işlədildiyi yerdən asılı olaraq ibadət etmək, dua etmək və namaz qılmaq mənalarını verir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.