Sual: Uca Allah Muhəmməd peyğəmbərin ümmətini – müsəlmanları Quranda haqqında danışılan xalqların həlakı kimi ümumi bir həlakla cəzalandırarmı?
Cavab: Bir hədisdə belə bir şeyin Muhəmməd ümmətinin başına gəlməyəcəyini bildirən ifadə var. Əlavə olaraq Allah Qurani-Kərimdə peyğəmbərə müraciətlə belə buyurur:
“Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir”. (Ənfal, 8/33)
Burada söhbət ümumi bir cəzadan getmir; dəstə-dəstə halında insanlar nəzərdə tutulur.
Əgər fikir versəniz, görərsiniz ki, ümumi cəzalar peyğəmbərlər sağ olduqları vaxt baş verib. Misal üçün, Nuh, Hud, Saleh və Lut kimi peyğəmbərləri götürək. Onların qövmlərinin başına gələnlər bu peyğəmbərlər özləri sağ olduqları vaxt baş verib.
Bizim peyğəmbərimiz Muhəmməd (s. a. v.) isə həyatda deyil. Odur ki, Muhəmməd ümməti üçün belə bir şeyin baş verməsi mənim hazırki biliklərimə əsasən mümkün görünmür.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.