Müsəlmanlar
Müstəhəb namazlar neçə rükətdir?

Müstəhəb namazlar neçə rükətdir?

Sual: Görəsən, Muhəmməd peyğəmbər 2 rükətdən artıq müstəhəb namaz qılıb? Əgər belə bir şey heç vaxt olmayıbsa, biz bu gün nəyə əsasən müstəhəb namazları 2 rükətdən artıq qılırıq?

Cavab: Nafilə (müstəhəb, sünnə) namazlar 2 rükətdən ibarətdir. Məzhəblərin hamısında belədir.

Məlumdur ki, Hənəfi məzhəbində günorta (zöhr) namazından əvvəl 4 rükət sünnə namaz qılınır. Həmin namaz əslində 2+2=4 rükətdir. Bunu belə izah edirlər:

Bu namaz günorta namazının fərzinə yaxın olduğu üçün belə qılırıq. Əslində isə 2+2=4 rükət kimi hesablayırıq.

Tutalım ki, siz: “Allahu Əkbər”, – deyib namaz qılmağa başladınız. O əsnada camaat bir araya cəm oldu. Siz də: “Mən özümü bu camaat namazına çatdırım”, – deyib 1-cü rükətdən müstəhəb namazı tərk etdiniz və cəm namazına – fərzə iqtida etdiniz. Hənəfilər buna deyirlər ki, qılmalı olduğunuz namaz 2 rükətdir. Çünki birinci dəfə: “Allahu Əkbər”, – deməklə öhdənizə götürdüyünüz namaz 2 rükətdir, 4 deyil.

Başqa cür desək, Hənəfilərdə də, Şafeilərdə də müstəhəb namaz 2 rükətdir. Bununla belə, Hənəfilər 2+2=4 rükət olaraq qılırlar. Yəni, bunları birləşdiriblər. Şafeilər isə birləşdirməyiblər.  Hənəfilər də həmin namazı hər hansı bir peyğəmbər hədisinə istinadən deyil, bir ictihada əsasən birləşdiriblər.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.