Müsəlmanlar

Adəm peyğəmbərin ilk uşaqlarının adı nə olub?

Sual: Mən bir tədqiqat işi üzərində işləyirəm. Həzrəti Adəmin ilk övladlarının adlarını axtarıram. Xüsusən də birinci qızının adını. Xahiş edirəm, mənə kömək edin.

Cavab: Əlbəttə, biz sizə bu məsələ ilə əlaqədar olaraq İslam ensiklopediyasından ((Türkiyə Diyanet Vakfı İslam ensiklopediyası, “Adem” bəndi, müəllif Süleyman Hayri Bolay, Türk dilində, 1-ci cild, s. 363.)) öyrəndiyimiz məlumatı verə bilərik:

“İsrailiyyatdan irəli gələn bəzi məlumatlara əsasən Adəm və Həvva cənnətdən çıxdıqdan 223 gün sonra evləniblər. Həvva Adəmə hər qarında bir qız və bir oğlan olmaqla, 20 qarında 40 uşaq doğub. Birinci ekizlər Qabil və bacısı Aklima, axırıncı ekizlər də AbdulmuqisƏmətulmugisdir. Təkcə Şit tək doğulub. QabilAklimadan sonra isə Habil Ləbuda dünyaya gəliblər.

Adəmin ilk uşqlarının adları apokrif hesab edilən kitablarda müxtəlif formalarda qeyd olunub. Xəzinələr mağarasına əsasən Qabil (Cain) ilə Ləbuda, Habil (Adel) və Kelimath; Adəm və Həvvanın mübarizəsində deyilənə görə isə Qabil ilə Luva, Habillə də Aklejane dünyaya gəliblər”.

Yuxarıda da qeyd edildiyi kimi, bu məlumatlar Quran ayəsi və peyğəmbər hədisi deyil. Bunlar İsrailiyyatdan irəli gələn şeylərdir. Yəni, düzgün olub olmadıqları şübhəlidir. Odur ki, məsələnin bu cəhətini də nəzərə almaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.