Sual: Bəqərə surəsinin 61-ci ayəsində belə deyilir: “Siz qiymətli olanı daha dəyərsiz olana dəyişdiniz”. Həmin ayədə mərcimək, soğan və bu kimi şeylərdən danışılır. İki növ qida olduğu halda, qidalar artır. Elə isə (bu ayəyə əsasən) soğan və sarımsaq kimi şeylər digərlərinə nisbətən qiymətsiz olur?
Cavab: Allah Təala belə buyurur:
“Siz belə dediniz: “Ey Musa! Biz eyni yeməyə tab gətirə bilməyəcəyik. Rəbbinə dua et ki, bizə yerdə yetişən şeylərdən – tərəvəzdən, xiyar, sarımsaq, mərcimək və soğanından versin”. Musa isə: “Siz faydalı olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? Elə isə bir şəhərə gedin, orada istədiyiniz şeyləri tapa bilərsiniz”, – deyə cavab verdi. Onların üzərinə zillət və miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələri qarşısında özlərini görməməzliyə vurub, kafirlik edir və peyğəmbərləri nahaq yerə öldürürdülər. Üsyan edir və hədlərini aşırdılar”.
«Faydalı olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək» ifadəsi qida məhsullarının müqayisə edilməsi kimi izah edilib. Bizim fikrimizcə, burada müqayisə edilənlər əkinçilər ilə ovçu və köçəri tayfalardır. Çünki ayədə bildirilən istəklər yəhudilərin əkinçi bir tayfa olduğunu ifadə edir. Halbuki, qüdrət halvası və bildirçin ovu onları ovçu və köçəri bir camaat halına gətirmişdi. Bu cür tayfalar çox gəzib, çox şey öyrənirlər. Diribaş və ətraf mühitə qarşı həssas olurlar. Öz təhlükəsizliklərini də ən yüksək səviyyədə təmin edirlər. Torpağa bağlı olanların dünyaları isə öz torpaqları ilə məhdudlaşır. Bu cür insanlar baş verən yenilikləri izləyə bilmir və asanlıqla istismar edilirlər. Yerdə yetişən şeylərə – tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğana üstünlük verənlərin üzərinə zillət və miskinlik damğası vurulmasının səbəbi də budur. Çöllərdə yaşayan yəhudilərə gəlincə, onlar Calutu məğlub edib, böyük bir müvəffəqiyyət qazanmışdılar.
Hazırkı dövrün yəhudiləri də əksərən ovçu cəmiyyəti xüsusiyyətinə malikdirlər. Ov alətləri artıq puldur. Əldə etmək istədikləri şey isə iqtisadi cəhətdən qiyməti olan işlərdir. Dünyanın harasında mühüm bir iqtisadi dəyər varsa, onları da orada görmək mümkündür.
Musa əleyhissəlam yəhudilərə: “Elə isə bir şəhərə gedin, orada istədiyiniz şeyləri tapa bilərsiniz”, – demişdi. Əslində o, bununla yəhudilərə tələb etdikləri qida məshullarını əldə etmək üçün yalnız əkinçiliklə məşğul olmaq lazım gəlmədiyini demək istəmişdi. Hansı şəhərə getsələr, bu məhsulları tapa biləcəklərini bildirmişdi. Bələliklə, Musa əleyhissəlam yəhudiləri ticarət işlərinə də həvəsləndirmişdi.
MƏNBƏ: Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Süleymaniye Vakfı Yayınları, 3-cü nəşr, İstanbul, 2010, s. 278-279.
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.