Müsəlmanlar
Keçirdiyimiz sübh namazını məkruh vaxtda qıla bilərik?

Keçirdiyimiz sübh namazını məkruh vaxtda qıla bilərik?

Sual: Əgər yatıb yuxuya qalsaq və oyandığımız vaxt görsək ki, məkruh vaxtdır, buna baxmayaraq namazı qıla bilərik? Peyğəmbərin axşam namazının məkruh vaxtı ilə əlaqədar olaraq: “O günün ikindi namazının fərzi istisna olmaqla, məkruh vaxtda namaz qılmaq münasib deyil” hədisi sübh namazının məkruh vaxtı üçün də qüvvədə ola bilər?

Cavab: Xeyr, bu hədis ona aid edilə bilməz. Səbəbi budur: Peyğəmbərimiz (s. a. v.) əshabələri ilə birlikdə bir səfərdən qayıtdıqda yatıb yuxuya qalıblar. Gün üzlərinə vurub gözlərini qamaşdırdığı vaxt oyanıblar. Oyandıqdan sonra namazı qılmayıblar. Bir müddət yol gediblər. Beləcə, məkruh vaxt çıxıb və sonra cəm halda namazı qılıblar.

Deməli, sübh namazını məkruh vaxt çıxmadan qılmaq olmaz.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.