Müsəlmanlar

Peyğəmbər necə qüsl verirdi?

Sual: Muhəmməd peyğəmbər cənabət qüslünü nə cür alırdı?

Cavab: Peyğəmbərimizin (s. a. v.) qüslündən bəhs edən hədislərdən bəziləri aşağıdakı kimidir:

Aişədən (r. a.) nəql olunur:

“Peyğəmbər cənabətdən təmizlənib qüsl etmək istədiyi vaxt əvvəlcə əllərini yuyurdu. Sonra namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz alırdı. Sonra barmaqlarını suya salır və onlarla saçlarının diblərinə qədər su tökürdü. Axırda da suyu bütün bədənindən axıdırdı”. (Buxari, Qüsl, 1)

Meymunə (r. a.) nəql edir:

“Peyğəmbər namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz aldı. Təkcə ayaqlarını yumadı. Ayaqlarının arasını və oraları yudu. Sonra öz üstündən su tökdü. Sonra ayaqlarını yerindən ayırıb yudu. Onun cənabət qüslü belə idi”. (Buxari, yenə orada)

“Mən su qoydum ki, peyğəmbər yuyunsun. O, əllərini 2 və ya 3 dəfə yudu. Ondan sonra sol əli ilə üstünə su boşaltdı və xayalarını yudu. Sonra əlini yerə sürtdü. Sonra ağzını su ilə çalxaladı və burnuna su çəkdi. Sonra da yerindən durub ayaqlarını yudu”. (Buxari, Qüsl, 5)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.