Müsəlmanlar
Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır?

Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır?

Sual: İslam alimi Əmir Zeydan bir dəfə belə bir söz işlətdi: “Allahın razılığını qazanmaq məqsədilə bağışlanmamış ərazidə yerləşən, yəni, al-ver edilən, arendada olan və yaxud kreditlə alınan bir ibadətxana məscid deyil. Cümə namazı isə məsciddə qılınmalıdır”. Əgər belədirsə, bu halda qılınan Cümə namazı dini cəhətdən düzgün olmur?

Cavab: Vəqf olunmamış, yəni, bağışlanmamış ərazidə qılınan Cümə namazından söhbət gedə bilməz. Daha doğrusu, belə bir şərt qoymaq olmaz. Cümə namazı ilə əlaqədar Quran ayəsi olduqca açıqdır:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)

Yuxarıdakı ayədə deyilir ki, namaza çağırıldıqda Allahı zikr etməyə tələsin. Əgər belə bir çağırış varsa, dərhal həmin yerə namaza getmək lazımdır.

Təəssüf ki, son vaxtlarda bəzi zavodlarda qapıları içəridən bağlayır və guya Cümə namazı qılırlar. Belə olmaz. Çünki bir nəfər orada oxunan azanı eşitsə belə, ora girə bilməz. Başqa sözlə desək, o yer hamının üzünə açıq deyil.

Halbuki, insanlar namaza ümumi bir yerdən çağırılmalıdırlar. Elə bir yerdən ki, hamı namaz üçün ora gedə bilsin. Hamının üzünə açıq olsun. Bu barədə qısa bir sual və cavabını buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3163.html

Qısa desək, Quranın müvafiq ayəsində namaz qılınan yerlə əlaqədar bir şey yoxdur.

Biz də daxil olmaqla, heç kəsin dini məsələlərdə dəlil-sübut gətirmədən söz deməyə haqqı yoxdur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.