Müsəlmanlar
Bəzi idman növlərində əyilib salam vermək düzdür?

Bəzi idman növlərində əyilib salam vermək düzdür?

Sual: Şərq əlbəyaxa döyüş növlərində rəqiblər bir-birlərini əyilərək salamlayırlar. Bunun dini cəhətdən bir eybi var?

Cavab: Əyilmək olmaz. Yəni, insan ancaq və ancaq Allahın qabağında əyilməlidir.

Təbii ki, biz o insanların hansı məqsədlə əyildiklərini bilmirik. Hər halda sitayiş niyyəti ilə belə etmirlər. Çünki bir insan digər bir insana ibadət məqsədilə belə etməz.

Yəqin onlar rəqibə hörmət ifadəsi və onu salamlamaq üçün belə edirlər.

Sualınızda bunun İslam baxımından təhlilini soruşmusunuz. Bu, dini cəhətdən düzgün hesab olunmur. Muhəmməd peyğəmbər (s. a. v.) də əyilməyi qadağan edib.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.