Müsəlmanlar
Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar?

Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar?

Sual: Allah sözündən sonra (cc) və peyğəmbərimizin adından sonra (s. a. v.) kimi qısaltmaları yazmaq düzdür? Bunun hər hansı bir eybi var, yoxsa yox?

Cavab: “Cəllə cəlaluhu – cc” qısaltması adətən mötərizənin içərisində yazılır. Bu, Allaha təzim ifadəsi kimi qəbul olunur. Yəni, bu bir növ Allahın ululuğunu göstərir və: “Allah ucadır, Allah uludur, Allah böyükdür”, – deməkdir.

Salləllahu aleyhi və səlləm – s. a. v. qısaltması isə: “Allah ona dayaq olsun və onu əmin-amanlıqda saxlasın”, – deməkdir. Bu ifadə Allahdan peyğəmbərimiz haqqında bir dilək diləməyi bildirir. Bu, peyğəmbərdən nəsə istəmək deyil. Əksinə, Allahdan peyğəmbər üçün gözəl bir şey istəməkdir.

Odur ki, bunları işlətməyin bir eybi yoxdur. Bu ifadələr həm tam, həm də qısaldılmış qaydada işlədilə bilər. Həmişə açıq yazmaq şərt deyil. Mütləq yazmaq da şərt deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.