Müsəlmanlar
Allah Quranda Özü haqqında bəzi hallarda nə üçün: “Biz”, – deyir?

Allah Quranda Özü haqqında bəzi hallarda nə üçün: “Biz”, – deyir?

Sual: Allah Quranın bəzi ayələrində: “Mən” deyil, “Biz”, - deyir. Misal üçün, “Biz yaratdıq” kimi. Bunun səbəbi nədir?

Cavab: Allahın Quranda bir çox ayədə “biz” əvəzliyini işlətməsi Onun böyüklük və əzəmətini ifadə etmək üçündür. Bu, Ərəb dilinin bir xüsusiyyətidir. Bunun kimi bir üslub qismən olsa da, Azərbaycan dilində də var. Misal üçün, bir şəxs bir işin öhdəsindən müvəffəqiyyətlə gəldikdə: “Mən bu işi yerinə yetirdim ha!”, – deməyin əvəzinə: “Biz belə etdik, bax, biz beləyik”, – deyə bilər. Bu ifadədən işi görənlərin birdən çox olduğuna dair nəticə çıxartmaq olmaz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.