Müsəlmanlar
Qütblərdə apardığınız müşahidələri başqaları özlərinə götürürlər?

Qütblərdə apardığınız müşahidələri başqaları özlərinə götürürlər?

Sual: Son vaxtlarda qütblərdə namaz məsələsi təzədən müzakirə olunmağa başladı. Bu barədə qəzet və jurnallar yazdı, internet saytları və televiziya kanalları qızğın mübahisələr apardı. Mənə elə gəlir ki, bəzi adamlar sizin müşahidələrinizi sanki onların özlərinin imiş kimi istifadə edirlər. Axırda elə olacaq ki, siz bir kənarda qalacaqsınız. Heç adınız da olmayacaq. Onlar isə bu tədqiqatları özlərinə götürəcəklər. Bu barədə fikriniz nədir?

Cavab: Bizim tədqiqatlarımızı yaxşı mənada mənimsəsələr, çox yaxşı olar. Çünki bu məsələdə biz yox, Allahın əmrlərinə tabe olmaq çox vacibdir. Odur ki, kiminsə bizim adımızı çəkib çəkməməyi o qədər də mühüm deyil. Çünki savabı Allah verəcək.

Bununla belə, bir məqamı da qeyd etməliyəm. Bunu Allaha şükür mənasında deyirəm, bizdə namaz vaxtları, eləcə də qütblərdə namaz vaxtları haqqında olan məlumatlar heç kəsdə yoxdur. Şübhəsiz ki, bunu müxtəlif yollarla ora-bura dartıb aparanlar olacaq.

İnşallah biz qütb bölgələrinə yenə gedəcəyik. Əgər oraya gedənlərə rast gəlsək, bu məsələni onlarla da müzakirə edərik. Bu məsələ o qədər də sadə bir məsələ deyil. Əgər biz oralara o dərəcədə çox məlumatla getməsəydik, əliboş qayıdardıq. Hal-hazırda növbəti gediş üçün hazırlıq işləri görürük. Ümid edirəm ki, bu dəfəki gedişimizlə daha da geniş məlumatlar əldə edərik. Kaş, hamı buna dəstək versəydi!

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

http://www.muselmanlar.com/tedqiqatlar/2970.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.