Sual: Siz öz Quran tədqiqatlarınızı nə üçün ayələrin nazil olduğu ardıcıllığa əsasən aparmırsınız? Yəni, ayələrin Allah tərəfindən peyğəmbərə nazil edildiyi sıranı nəzərə alıb bir Quran tərtib etmək və bunu əsasə götürmək olar. Belə etsəniz, dərsləri də belə keçsəniz, daha düzgün və asan olmazmı? Bu məsələni necə qiymətləndirirsiniz?
Cavab: Hər şeydən əvvəl qeyd edim ki, Quran ayələrinin nazil olmaq sırası ilə əlaqədar hədis rəvayətləri çox zəifdir. Bu bir. Buna heç vaxt ehtiyac yoxdur. Çünki Quran özü elə kitabdır ki, belə bir şeyə ehtiyac qalmır. Belə ki, ayələr oxunduqda çox aydın bir şəkildə başa düşülür.
Bir ayənin əvvəlcə, ya da sonra nazil olmağının hansısa xüsusi bir mənası yoxdur. Məsələn, sizə burada Səfa və Mərvə barədə misallar vermişdik. Odur ki, indi çox təfsilatlı danışmaq istəmirəm. İstəyənlər əsas saytımızdan bu haqda məlumat əldə edə bilərlər.
“Həcc və ömrəni Allah üçün tamamlayın” (Bəqərə, 2/196), – ayəsi Hudeybiyyədə nazil olub. “Səfa ilə Mərvə arasında gedib gəlməyinizin (səy) bir eybi yoxdur” (Bəqərə, 2/158), – ayəsi də peyğəmbərimizin (s. a. v.) Vida həcci vaxtı nazil edilib. Məsələyə məntiqi cəhətdən yanaşdıqda yuxarıda qeyd etdiyimiz 2-ci ayənin əvvəl, 1-ci ayənin isə ondan sonra nazil olmağı lazımdır. Yəni, insanın ağlına belə bir fikir gələ bilər. Halbuki, bu iki ayəni birlikdə oxuduqda heç bir fərq qalmır.
Qısa desək, evə əvvəlcə istər duz, soğan və sairə kimi şeyləri, istərsə də əti gətirin, fərqi yoxdur. Bütün lazımi şeylər olmadan (tamamlanmamış) xörək bişirmək mümkün olmadığı üçün hansı məhsulun əvvəlcə gəlməyinin bir əhəmiyyəti qalmır.
Quran ayələrini də bu baxımdan qiymətləndirmək lazımdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.