Müsəlmanlar

Cinvurma və dua

Sual: Cin toxunmasından xilas olmaq üçün hansı duanı oxumaq lazımdır? Yəni xalq arasında "cinvurma"- deyilən bir şey var?

Cavab: Cin toxunması elektrik cərəyanının insanı vurmağı kimi bir şeydir. Məlumdur ki, cinlər insanlara müxtəlif yollarla təsir edirlər. Cinlər də insanlar kimi ağıllı və şüurlu varlıqlardır. Bəzi cinlərin işi-gücü pislik etməkdir. Bu cür cinlərə şeytan deyilir. Biz onları görə bilmədiyimiz halda, onlar bizi görə bilirlər. Bəzən başqa cildə girib gözə də görünürlər.

Cinlərin zərərindən qorunmaq üçün ciddi, qərarlı və səmimi inanca malik olmaq kifayətdir. Namazlardan sonra, gecə yatarkən və səhər yuxudan oyandığınız vaxt Fələq və Nas surələrini mənalarını da bilmək şərtilə oxusanız, cinlərin şərindən uzaq olarsınız. Bir məsələyə xüsusi diqqət yetirməlisiniz: Sizi Allahdan başqa heç bir şey və heç kəs qoruya bilməz; bu, həqiqətdir. Ancaq və ancaq Allaha sığının. Allaha sığındıqdan sonra O, sizi hər şeydən qoruyacaqdır; buna arxayın olun.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.