Sual: Siz belə bir fikir irəli sürürsünüz: “Allah Quranın ayələrini nazil edib qurtarmamış peyğəmbər hökm verməyib”. Burada bir sual yaranır: Məgər peyğəmbər 23 il ərzində Quranın nazil olunub qurtarmağını gözlədi? Belə də peyğəmbərlik olar?
Cavab: Quranın Taha surəsinin 114-cü ayəsində belə deyilir:
“Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə!”
Burada təbii ki, bütöv Quran deyil, o məsələ ilə əlaqədar ayələrin nazil olması nəzərdə tutulur. Çünki Quran məna qruplarından ibarət olan bir kitabdır. Hökm ancaq bir məsələ ilə əlaqədar məna qrupları tamamlanandan sonra verilir. Peyğəmbərdən tələb olunan da bu idi. Qiyamət surəsinin 16-19-cu ayələri və İsra surəsinin 106-cı ayəsi bu cür qiymətləndirilməlidir.
Bəzi ayələr bir məsələni açıq-aydın izah edir. Həmin açıq hökm dərhal tətbiq oluna bilir. Ancaq həmin ayədə tamamilə başa düşülə bilməyən başqa hökmlər də ola bilər. Elə isə o hökmü də ancaq və ancaq bütün məna qrupları tamamlandıqda anlamaq mümkündür. Peyğəmbərə buyurulan da budur. Yəni, bunun başa çatmağını gözləmək. Yoxsa Allah ondan Quranın axırıncı ayəsi enənə qədər 23 il gözləməyi tələb etməyib.
Cavabı hazırladı: Dr. Fatih Orum
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.