Müsəlmanlar
Faktorinq şirkətləri ilə işləmək düzdür?

Faktorinq şirkətləri ilə işləmək düzdür?

Sual: Biz eksportla məşğul oluruq. Şirkətimiz təsis olunduğu vaxtdan indiyə qədər öz mayası ilə ticarətə davam edib. Həmişə iş gördüyümüz kliyentlər bizdən çek verib mal alırlar. Amma indi elə vəziyyət yaranıb ki, banklar çekləri vaxtından əvvəl zəmanət alıb müqabilində təminat məktubu və ya malı almağımızı təmin edən mürabihə əməliyyatını həyata keçirmirlər. Buna səbəb kimi də deyirlər ki, çekin maksimum 20 %-lik hissəsi təminat hesab olunur. Deməli, çekin vaxtının gəlib çatmağını gözləməyə məcburuq. Bu vəziyyətdə isə bizim kliyentimiz başqasının yanına gedir. Yəni, müştərini itiririk. Faktorinq şirkəti isə istəyir ki, bizə eyni çeki və ya alacağımızı almağımız üçün və bunu təminat alıb bizə mal üçün komissiya faizini çıxmaqla dəstək versin. Bir sözlə, faktorinq şirkətinin bu işdə öz marağı var. Bu əməliyyatı apardıqda əgər mal satdığımız şirkət iflasa uğrasa və borcunu ödəyə bilməsə, bu riski də alacağımızı ala bilməyimiz üçün faktorinq şirkəti öz öhdəsinə götürür. Qısa desək, deyirlər ki, sizin bu işdən bir ziyanınız olmayacaq. Əsl sualım da bununla əlaqədardır: Faktorinq şirkəti ilə bu cür işləmək düzdür? Bu məsələ İslamda necə qiymətləndirilir? Əgər bu iş düz deyilsə, nə cür bir müqavilə bağlamaq lazımdır ki, dini cəhətdən bir problem yaranmasın?

Cavab: Haqqında danışdığınız müqavilə və işlərdə faktorinq şirkətinin sizin üçün yaratdığı imkan bankların kredit kartı olanlara verdiyi imkan kimidir. Bunun ondan 2 fərqi var:

1. Kredit kartı olan 100 manatlıq ayın-oyun alıbsa, banka yenə 100 manat ödəyir. Bankın aldığı komissiya haqqını satıcıya alıcı ödəməlidir amma bağlanan müqaviləyə əsasən onu satıcılar ödəyir. Ancaq siz həmin komissiya haqqını bütün hallarda faktorinq şirkətinə verirsiniz. Bu isə əməliyyatın əsasına heç bir təsir etmir.

2. Sizin əsl fərqiniz vaxtından əvvəl aldığınız alacaqların həmin gün faktorinq şirkəti tərəfindən alınması və borcunuzun o puldan ödənməyidir. Sizə borcu olan şəxs borcunu qaytarmasa belə, şirkətin sizin üstünüzə qayıtmamağı borcluya zamin durduğunu göstərir. Onun aldığı komissiya isə sizə həm mal satan və həm də borclu olan şəxslərlə əlaqələri qurmağının müqabilində layiq olduğu bir haqdır.

Nəticə olaraq yuxarıdakı kimi başlayıb qurtaran əməliyyatları aparmağınız caizdir. Yəni, dini cəhətdən düzdür. Amma bu fitva faktorinq şirkətlərinin o biri əməliyyatları ilə əlaqədar deyil. Yəni, onlara şamil edilmir.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.