Müsəlmanlar
Çek xırdalatmaq düzdür?

Çek xırdalatmaq düzdür?

Sual: Mən nisyə mal satıram. Bunun müqabilində də 2 və 3 aylıq çeklər alıram. Sonra da həmin çekləri aylıq 6 %-lə nağd pula çevirirəm. Mənim gördüyüm bu iş İslam dininə əsasən düzdür?

Cavab: Vaxtı-vədəsi məlum olan çekləri vaxtından əvvəl müəyyən faizlər müqabilində nağq pula çevirmək faizli bir işdir. Hal-hazırda 90 manat borc alıb 1 aydan sonra 100 manat  qaytarmaq nədirsə, sualınızda qeyd etdiyiniz məsələ də odur. Yəni, çeki bu cür xırdala(t)maq faizdir və İslam dinində qəti qadağandır.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.