Sual: Yuxu ilə oturub durmaq, yəni, yuxuya əsasən iş görmək lazımdır?
Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) belə demişdir:
“Yuxu üç növdür: Biri səhih yuxudur; bu, Allahdan bir müjdədir. İkincisi insanın ruhu ilə danışması, başqa sözlə, bədənin ruha pıçıldamağıdır. Üçüncüsü isə şeytanın insanı kədərləndirməsidir. Əgər sizin biriniz yuxuda xoşuna gəlməyən (xoşagəlməz) bir şey görsə, durub namaz qılsın və o yuxunu heç kimə deməsin” (Müslim, Röya, 6 (2263).
Peyğəmbərimizin bu məsələ ilə əlaqədar digər bir sözü belədir:
“Aranızdan bir nəfər xoşuna gələn bir yuxu görsə, bilsin ki, o yuxu Allahdandır. Bunun üçün Allaha həmd edib həmin yuxunu danışsın. Bundan başqa xoşuna gəlməyən bir şey görsə, bu, şeytandandır. Şeytanın şərrindən Allaha sığınsın və yuxusunu heş kimə danışmasın. O yuxu ona zərər verməz” (Buxari, Röya, 3).
Əgər gördüyünüz yuxu ilə əlaqədar olaraq rahat oyanmısınızsa, bu, sizin üçün bir müjdə ola bilər. Amma bu o demək deyil ki, həmin yuxu elə o dəqiqə çin çıxacaq. Təfsir kitablarında qeyd edilir ki, Yusuf peyğəmbərin yuxusu 40 və ya 80 ildən sonra çıxıb.
Əgər yuxudan narahat olmusunuzsa, bundan Allaha sığının və bir növ üstündən keçib gedin.
Yuxunun insanın həyatında tutduğu yer və əhəmiyyəti haqqında ətraflı məlumat üçün aşağıdakı yazını oxuyun:
http://www.muselmanlar.com/fitvalar/657.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.