Sual: Bəzi qəbirlərin üstündə, pir və ziyarətgahlarda görürük ki, bəzi adamlar rabitə ilə məşğul olurlar. Onlar bunu edərkən sanki namazda ayaq üstə durmuş kimi dururlar. İbrahim peyğəmbəri nümunə kimi qəbul etsək, belə hallarda nə cür hərəkət etməliyik?
Cavab: Gəlin, hər şeydən əvvəl rabitə sözünün mənasını izah edək:
Bu söz Ərəb sözü olub rabt kökündən yaranmışdır. Mənası iki şeyi bir-birinə calayan (bağlayan) kəndir, əlaqə, rabitə və münasibət deməkdir. Bu söz Azərbaycan dilinə də keçib və əsasən əlaqə mənasında işlədilir.
Təsəvvüf elmində, eləcə də müxtəlif təriqətlərdə rabitə sözünü aşağıdakı mənada işlədirlər:
Müridin öz qəlbini şeyxinə (mürşid) bağlamağı, onun həm üzünü (surət), həm də sirətini (əxlaq və hərəkətlərini) düşünməsi, şeyxinin üzünü xəyalında canlandırıb ondan kömək diləməsi və feyz almağı (Redaktorun qeydi).
İndi isə bu məsələni təriqətlərdəki əqidə və əməllərə əsasən izah edək:
Təsəvvüfçülərin arasında geniş yayılmış bir inanc var. Onlar belə hesab edirlər ki, şeyx və ya övliya öldüyü vaxt onun ruhu qınından çıxmış qılınc kimi olur. Qının içində duran qılınc bir iş görə bilər? Əlbəttə, yox. Elə isə qılınc qınından çıxdığı vaxt işə başlayır. Bu, onların öz sözüdür. Təriqətçilər bu sözlərdən sonra şeyxlərini müqəddəs hesab edib ilahlaşdırırlar. Bu mərhələdən sonra onun ruhaniyyətindən kömək diləməyə, özlərini isə onun qarşısında olduqca aciz görməyə başlayırlar. Onu çox ulu və uca hesab edir və Allahla özlərinin arasında bir vasitəçi kimi görürlər. Ondan kömək istəyirlər. Qısa desək, ona sitayiş edirlər!
Bütün bunlar yolverilməzdir! İbrahim peyğəmbərin qövmünün əməllərindən heç bir fərqi yoxdur! İbrahim peyğəmbərin qövmünün sitayiş etdikləri heykəl və bütlər var idi. Bunlarda da bunun kimi şeylər var. Belə ki, bəzi təriqətçilər şeyxinin şəklini qabağına qoyub rabitə ilə məşğul olur. Bir daha qeyd edək ki, bu cür şeylər İslam dinində qəti qadağandır.
Suala cavab verdi: Abdulaziz Bayındır (İstanbul Universitetinin müəllimi, professor)
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.