Sual: Məntiq elmini (həm klassik, həm də müasir) öyrənmək bizə Quranı daha yaxşı başa düşməkdə kömək edə bilər?
Cavab: Qurani-Kərimdə fitrət, ağıl, təfəkkür və insanın ətrafında baş verən hadisələri analiz etmək kimi məsələlər xüsusi vurğulanır. Kitabın ayələrinin mühakimə yürüdən və ağlını işə salanlar üçün açıq-aydın bir qaydada ortaya qoyulduğunu bildirir və xitab etdiklərinə bir sıra tapşırıqları yerinə yetirməyi deyir. Bütün bunlar isə müxtəlif ön qəbullardan, eləcə də, siyasi, mədəni və emosional tutumlardan təmizlənmiş xalis ağıl prinsipləri – düzgün düşünmək yolları ilə mümkündür. Kitab və təbiətdəki ayələri insan ancaq bu metodlarla qavrayır. Nəticələr əldə edir və bunları həyata keçirir. Öz qəbul və etirazlarını da bu prinsiplərə əsasən edir.
Bunları nəzərə alaraq deyə bilərik ki, hər bir insanın doğulduğu vaxtdan bəri malik olduğu düzgün düşünmək prinsiplərini tədqiq edən məntiq elmi insan həyatının hər bir mərhələsində bilinməli və tətbiq edilməlidir. Bu baxımdan məntiq elmi Quranı daha yaxşı başa düşmək məsələsində bizə kömək edir.
Suala cavab verdi: Dr. Fatih Orum
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.