Müsəlmanlar

Təhiyyat və salli-barik dualarını oxumamış bismillah demək lazımdır?

Sual: Namazda oturduqda ət-təhiyyat və salli-barik dualarını oxumağa başlamamış bismillah demək lazımdır?

Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bir hədisində belə demişdir:

“Mənim nə cür namaz qıldığımı görürsünüzsə, siz də o cür qılın”. (Buxari, Əzan, 18)

Deməli, namazı onun kimi qılmaq lazımdır. Yəni, hədisdə peyğəmbər təşəhhüddə təhiyyat və salii-barik dualarından qabaq bismillah deməkdən danışmır. Əshabələrinə də belə bir şeyi məsləhət görməyib. Elə isə siz də bu duaları bismillah demədən oxumalısınız.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.