Müsəlmanlar
Yığıncaqların axırında Əsr surəsini oxumaq vacibdir?

Yığıncaqların axırında Əsr surəsini oxumaq vacibdir?

Sual: Cəmiyyətin dindar-mühafizəkar təbəqəsinin dərnək, partiya və təşkilat yığıncaqlarının axırında adətən Quranın Əsr surəsini oxuyurlar. Bunun İslamda bir əsli var, yoxsa adi bir ənənədir?

Cavab: Xeyr, dində belə bir şərt yoxdur. Ancaq bəzi hədis kitablarında ((Təbərani, əl-Mucəmu-l-Əvsat, Qahirə, hicri 1415, 5-ci cild, s. 215, hədis nömrəsi 5124; Heysəmi, Məcməu-z-Zəvaid, 10-cu cild, s. 233.)) deyilir ki, əshabələrdən iki nəfər qabaqlaşdıqları vaxt biri digərinə Əsr surəsini oxuyur və sonra salam verirdilər. Bunu etməmiş ayrılmırdılar. Buna görə də bu məsələ vaxt keçdikcə adət halına gəlib.

Maraqlıdır ki, yığıncaqlarda Əsr surəsi oxuub qurtardıqdan sonra: “Əl-Faaatihə!”, – deyilir və axırıncı oxunan surə Əsr deyil, yenə Fatihə olur!!!

Nəticə olaraq, yuxarıda da deyildiyi kimi, İslam dinində belə bir şərt yoxdur. Bununla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/799.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.