Müsəlmanlar
Qız uşağına Alya adı qoymaq olar?

Qız uşağına Alya adı qoymaq olar?

Sual: Bir qızım olub. Adını Alya qoymaq istəyirəm. Dini cəhətdən bir eybi var? Quranda Alya sözü var? Mənası nədir?

Cavab: Alya Ərəb mənşəli bir sözdür: (أَلْعَلياءُ) Şərəf, səma, dağın başı, zirvə nöqtəsiuca yer mənalarını verir. Məsələyə bu baxımdan yanaşdıqda qız uşağına bu adı qoymağın bir eybi yoxdur.

Quranda belə bir söz yoxdur. Bir də ki, adların Quranda olmağı şərt deyil.

Bu məsələdə mühüm bir məqam var: Alya adı ölkəmizdə yayılmış bir ad deyil. Odur ki, uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız.

Bütün bunlarla yanaşı, yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Yeri gəlmişkən, saytımızın ADLAR bölməsindəki digər yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/adlar

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.