Sual: Uca Allah Quranda bildirir ki, şirkdən başqa bütün günahları bağışlayacaq. Görəsən, bəndə haqqını tapdamaq günahı da buna daxildir, yoxsa yox?
Cavab: Təbii ki, bəndə haqqı çox mühüm bir məsələdir. Amma bağışlanmayan günahlardan deyil.
Bunu bir misalla izah edək. Tutalım ki, mən gəlib gördüm bir nəfər bir nəfərin yaxasından tutub. Nə baş verdiyini soruşdum. Boğan dedi ki, bu adamın mənə filan qədər borcu var. Mən də çıxarıb onun pulunu verdim və dedim ki, bu adamı burax, getsin. Bu halda alacaqlı adam yəqin ki, etiraz etməyəcək və onun yaxasından əl çəkəcək. Deməyim odur ki, əgər Allah Təala bağışlamaq istəsə, o birinin də haqqını verəcək.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Bəndə haqqı ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/bendenin-haqqi
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.