Müsəlmanlar
Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar?

Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar?

Sual: Bəzi ilahiyyatçılar həzrəti Muhəmməd haqqında: “Kainatın ağası”, - deyirlər. Belə demək şirk günahına batmaq deyilmi?

Cavab: Əfəndi sözü yiyə, sahibağa mənalarını verir. Kainatın əfəndisi “rəbbu-l-aləmin”, yəni, aləmlərin Rəbbi deməkdir. Halbuki, aləmlərin Rəbbi ancaq və ancaq Allahdır. ((Baxın: Quran, Fatihə surəsi – redaktor))

Biz insanların bu sözü hansı məqsədlə dediklərini bilmirik. Bunu ancaq Allah bilir. Ancaq bu söz qətiyyən düz deyil və deyilməməlidir.

Allah Təala həzrəti Muhəmmədlə (s. a. v.) əlaqədar olaraq deyir:

“Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər”. (Ali İmran, 3/144)

Əlavə olaraq, o da bütün peyğəmbərlər kimi, bir insandır. O da bizim kimi bir bəşər (insan) övladıdır. Ona ancaq vəhy gəlir.

Kainatın əfəndisi ifadəsi ifrat dərəcəsinə varmış bir sözdür. Ümid edirəm ki, belə deyənlər inanaraq demirlər. Çünki bəzən bəzi şeylər (mən özüm də buna bir neçə dəfə şahid olmuşam) insanda vərdiş halına gəlir. İnsan uşaqlıq dövründən gələn bəzi işləri düşünmədən, bir növ qeyri-ixtiyari olaraq görür. Bir sözlə, vərdişləri tərgitmək çətindir.

Əgər sualınızda qeyd etdiyiniz insanlar bunu bu cür deyil, əksinə, bilə-bilə deyirlərsə, deməli, bunda bir problem var. Və təbii ki, bu, çox pis və çox səhv bir sözdür.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Bu məsələ ilə əlaqədar ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/tedqiqatlar/532.html

http://www.muselmanlar.com/fitvalar/1892.html

Saytımızın Muhəmməd peyğəmbər (s. a. v.) haqqında yazılarını isə buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/mehemmed-peygember

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.