Müsəlmanlar
Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər?

Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər?

Sual: Bizim qonşumuzun əqli cəhətdən xəstə bir oğlu var. Bu oğlan demək olar ki, hər gün cənabət olur. Bir dəfə də odun peçini öz üstünə aşırıb. Çox pis yanıqları var. Anası onunla bacara bilmir. Tuta bilmir ki, yuyundursun. Bu qadın nə etməlidir?

Cavab: İslam dininə əsasən ibadətləri yerinə yetirməklə əlaqədar cavabdehlik müəyyən şərtlərdən asılıdır. Bunlardan biri insanın ağıllı olmasıdır. Əgər sualınızda qeyd etdiyiniz şəxs namaz qıla bilməyəcək qədər xəstədirsə, onun qüsl etməyinə də ehtiyac yoxdur. Çünki qüsl namaz üçün tələb olunan bir şərtdir (Baxın: Maidə, 5/6). Buna görə də anasının onu hər ehtilam olduğu vaxt deyil, çimmək vaxtı gəldikdə yuyundurmağı kifayətdir.

Allah Təala dəstəmaz, qüsl və təyəmmümlə əlaqədar ayədə belə buyurur:

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” (Maidə, 5/6)

İndi isə yaxşı olar ki, sualınızla sıx əlaqədar olan digər bir sual-cavabı da oxuyasınız:

http://www.muselmanlar.com/fitvalar/2732.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.