Müsəlmanlar

Qurandakı “şaə” və “əradə” felləri “istəmək” mənasını bildirir?

Sual: “Şaə” felini Allah haqqında istifadə etdiyimiz vaxt “əmr vermək, qayda-qanun qoymaq” mənalarında işlədirik. Bəs bəndələr haqqında necə? Bu vaxt “istəmək, diləmək” mənasında işlətmək olar? Xahiş edirəm, bu məsələni Zumər surəsinin 34-cü və 74-cü ayələrinə əsasən izah edin.

Cavab: Ərəb dilində “şaə (شَاء)” felinin əsl mənası “şey etdi” deməkdir. Şey etmək bir şeyi formalaşdırmaq, yəni, təkvin/yaratması deməkdir. Allahın bir şeyi təkvin etməsi ilə insanın təkvin etməyi bir-birindən fərqlənir. Allah təkvin etməyə qərar verdiyi bir şey üçün sadəcə olaraq: “Ol!”, – deyir, həmin şey olmağa başlayır. İnsanın isə belə bir gücü yoxdur. O bir şeyi ancaq və ancaq Allahın qoyduğu qayda-qanunların çərçivəsində formalaşdıra bilər. Buna görə də Allah Təala belə buyurur:

“Heç bir şey barədə: “Sabah bunu edəcəyəm”, – demə. Əgər: “Allah şərtlərini yaratsa”, – desən, başqa”. (Kəhf, 18/23-24)

İnsanın bir şeyi təşkil edib formalaşdırmağı lazımi cidd-cəhdləri göstərməyindən asılıdır. Bütün insan əməlləri belədir. Allah buyurur:

“İnsanın özünə məxsus bir şeyi yoxdur. Səy göstərdiyi başqa”. (Nəcm, 53/39)

Bu o deməkdir ki, əgər insanın öz səyi yoxdursa, özünün hesab olunan işi də yoxdur. Axirətdə isə vəziyyət başqa cürdür; orada istədiyi hər şeyi hazır tapacağına görə görməli olduğu yeganə iş seçim etməkdir. Buna görə də axirətlə əlaqədar “şaə” felinə “bəyəndi, üstünlük verdi, seçdi” mənası uyğun gəlir. Bu halda soruşduğunuz ayələrin mənası belə olur:

“Bəyəndikləri hər şey Rəbblərinin dərgahında onlar üçündür. Budur, yaxşılıq edənlərin əvəzi budur!”. (Zumər, 34/34)

“Deyirlər ki, verdiyi sözü yerinə yetirən və bizə Cənnət torpağını verən Allah etdiyi hər şeyi gözəl edir. Onun harasını bəyənsək, ora yerləşirik. Çalışanların əvəzi necə gözəldir!”. (Zumər, 39/74)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/dusunce-sahesi/471.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.