Sual: Quranda iki üslüb var: Birincisi Allahın birbaşa: “Mən yaratdım”, “Mən belə dilədim”, - deməyi kimi, ikincisi isə sanki bir nəfər yazıb Allahın dediyini təsdiq edirmiş kimi (“Allah belə əmr buyurdu”) ifadə olunan üslub. Məni bir sual düşündürür: Quranda Qurandakı sözlərin hamısının Allaha məxsus olduğunu bildirən bir ayə var? Məlumdur ki, Quran Muhəmmədin dövründə kitab halına gəlmədi. Belə olan halda, Xəlifə Əbu Bəkr və heyətindəkilər peyğəmbərin hədislərindən və öz sözlərindən ibarət olan bir kitab formalaşdırmış ola bilməzlərmi? Sözün kəsəsi, Quran yazılı kitab halına salındığı vaxt ona nəsə bir müdaxilə (əlavə, çıxarma və sairə) edilib?
Cavab: Bunlar Ərəb dilinə məxsus üslub və ifadə formalarıdır. Eyni şeylər bizim dilimizdə olmadığına görə sizə qəribə gələ bilər.
Quranı Allahdan başqasının kitabı kimi göstərməyə cəhd edənlərin heç biri ona belə bir tənqid yönəltməyib. Çünki Ərəb dilini bilənlərin ağlına belə bir şey gəlməz.
Muhəmməd peyğəmbər (s. a. v.) həyatda olduğu vaxt Quran bir kitab halında tamamlanıb. Əbu Bəkrin dövründə həyata keçirilən məsələ isə hamının həmfikir olduğu və bütün ayələri ehtiva edən müştərək bir mətn formalaşdırıb yarana biləcək ixtilaflarını qarşısını almaqdan ibarətdir. Bu da təmin edilmiş, beləcə, hazırkı mətnin Quranın mətni olması barədə hər hansı bir fikir ayrılığı olmamışdır. Qısa desək, Qurana heç vaxt bir müdaxilə olmayıb.
Quranın sözlərinin hamısının Allaha aid olduğunu bildirən ayələrdən biri aşağıdakı kimidir:
“Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”. (Nisa, 4/82)
Bundan başqa aşağıdakı ayələrə də baxa bilərsiniz:
Bəqərə, 2/23-24; Ənam, 6/19; Yusuf, 12/2; İsra, 17/88; Nəml, 27/6; Şura, 42/7; Zuxruf, 43/3.
Bənzər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.