Sual: Məni bir məsələ maraqlandırır. Bəzi adamlar deyirlər ki, 18000 aləm var. Görəsən, bu söz nə dərəcədə düzdür? Dində belə bir şey var, yoxsa uydurma sözdür?
Cavab: Qurani-Kərimin bir çox ayəsində aləmlərdən söz açılır. Bu sözü bizim dilimizə varlıqlar kimi də tərcümə etmək olar. Varlıqlar isə bir sayla məhdudlaşdırıla bilməz. Deməli, 18000 aləm ifadəsi kəsrətdən kinayədir. Yəni, varlıqların sayının olduqca çox olduğunu bildirmək üçün işlədilən bir sözdür. Əksinə, həqiqi bir sayı bildirmir.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.