Sual: Bəzi adamlar belə bir peyğəmbər hədisi deyirlər: “Kimin evində əzan səsi eşidildiyi halda, məscidə getməyib evində namaz qılırsa, gedin, onun evinə od vurun”. Sizcə peyğəmbərin belə bir sözü ola bilər? Bu bir hədisdir?
Cavab: Bəli, belə bir hədisdən danışılır. Deyilir ki, peyğəmbərin (s. a. v.) belə bir istəyi olub. Halbuki bu əslində məscidə gəlməyənlərə qarşı verilmiş bir reaksiyadır. Başqa sözlə desək, bunlar sadəcə olaraq: “Siz niyə məscidə gəlmirsiniz”, – deyə edilən bir xəbərdarlıq və namazın nə qədər vacib olduğunu bildirən ifadələrdir.
Əgər Allah tərəfindən belə bir əmr olsaydı, peyğəmbər (s. a. v.) bunu dərhal yerinə yetirərdi.
Məgər Muhəmməd peyğəmbər (s. a. v.) kiminsə evini məscidə getmədiyinə görə yandır(d)ıb? Belə bir şey mümkün deyil.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.