Müsəlmanlar
Ölən körpəyə dua

Ölən körpəyə dua

Sual: Biz müsəlmanlar ölən insanların dalınca deyirik ki, Allah onun günahlarından keçsin. Onlar üçün Quran oxuyuruq. Bəs günahsız körpələr necə? Onlar öldükdən sonra necə dua etmək lazımdır?

Cavab: Həddi-büluğ dövrünə çatmadan ölən uşaqlar günahsızdırlar və cənnətlikdirlər. Deməli, onların bağışlanmağı üçün dua etmək lazım deyil.

Ancaq böyük hədis alimi əl-Buxari tabeinin görkəmli alimlərindən biri olan Həsən Bəsrinin ölən kiçik uşaqlar haqqında belə dediyini nəql edir:

Uşaq öldükdə meyyit namazını qıldıran şəxs Fatihə verməlidir. Sonra da belə dua etməlidir:

“Ya Rəbbi! Bu uşağı Cənnətdə bizim üçün qarşılayan, təşrifatçı və axirət ərməğanı et”

اَللًّهُمَّ اجْعَلْهُ لَنا فَرَطاً وسَلَفاً وأَجْراً

Duanın oxunuşu: Allahummə’cəlhu ləna fəratan və sələfən və əcran. (Mənbə: Buxari, Cənaiz, 65)

Bu dua uşaqlar üçün qılınan meyyit namazında edilir. Bu duanı əslində həmişə oxumaq olar. Bundan başqa nəsə etmək lazım deyil.

Ölüyə Quran tapşırmaqla əlaqədar məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3215.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.