Müsəlmanlar
Boşanma məsələsində hakimlər nə vaxt işə qarışmalıdırlar?

Boşanma məsələsində hakimlər nə vaxt işə qarışmalıdırlar?

Sual: Kişinin arvadını boşamağı ilə əlaqədar yazınızda iki şahidin olduğu bir yerdə həyata keçirilən boşanmadan sonra hakimlərin bu işə müdaxilə etməli olduğunu yazmısınız. Elə isə bu insanların həmin mərhələdən əvvəl, yəni, tərəflərin ayrılmamağı üçün işə qarışmaqları lazım deyimli? Buna nə deyirsiniz?

Cavab: Qeyd edək ki, bizim yazımızda ancaq talaq (boşanma) mərhələsindən bəhs olunur. Odur ki, hakimlərin həmin mərhələdə işə qarışmalı olduqları bildirilmiş və bunun Allahın əmri olduğu qeyd olunmuşdur.

Bu barədə aşağıdakı keçiddən ətraflı məlumat ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1861.html

Allah Quranda belə buyurur:

Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır”. (Nisa, 4/35)

Bu ayə müsəlmanlara vacib bir borc yükləyir və bunu da qorxmaq, yəni, (خوف = xavf, xof) şərtinə bağlayır.

Xavf, xof: Bu, gümana və yaxud bir məlumata əsaslanan bir əlamətə görə pis bir şey baş verəcəyini gözləmək, belə bir hiss içində olmaqdır. Əgər şahidlər olmasa, müsəlmanlar belə bir nəticə əldə edə bilməzlər. Həmin məlumat məlum olan kimi iş başlayır. Əgər belə bir məlumatı əvvəlcə əldə edə bilməyiblərsə, boşanmağı gözləmədən hakimlərə müraciət edə bilərlər. Bu halda boşanma yenə də həyata keçibsə, hakimləri təzədən bu işə cəlb etmək lazımdır.

Yeri gəlmişkən, talaq və iftida məsələləri ilə buradan tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2282.html

http://www.muselmanlar.com/fitvalar/152.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.