Müsəlmanlar
Qadın çörək yediyi vaxt başını mütləq bağlamalıdır?

Qadın çörək yediyi vaxt başını mütləq bağlamalıdır?

Sual: Qadınlar çörək yedikləri vaxt Allahın verdiyi nemətlərə hörmət əlaməti olaraq başlarını mütləq bağlamalıdırlar? İslamda belə bir şey var?

Cavab: Xeyr, İslam dinində belə bir şey yoxdur. Bu dinə əsasən bir qadın başını namaz qıldığı vaxt və özünə dini cəhətdən yad olan kişilərin yanında örtməlidir. Bunun xaricində örtməyi lazım deyil.

Nemətə hörmət etmək onu verəni – Allahı yada salmaq, şükür etmək və israfa yol verməməklə olur. Başı örtməyin nemətə hörmətlə bir əlaqəsi yoxdur.

Dində olmayan şeyləri sanki varmış kimi göstərməyin. Bu qətiyyən düzgün deyil.

Qadınların geyim-kecimi məsələsinə gəldikdə, bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/geyim-kecim

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.