Müsəlmanlar
Qurandakı əshabul-yəmin və əshabuş-şimal ifadələri nə deməkdir?

Qurandakı əshabul-yəmin və əshabuş-şimal ifadələri nə deməkdir?

Sual: Quranın bir çox ayəsindəki sağçılar (əshabul-yəmin) və solçular (əshabuş-şimal) ifadələri ilə kimlər nəzərdə tutulur? Bunun siyasətlə bir əlaqəsi var?

Cavab: Qurandakı Əshabu-l-yəmin ifadəsi ilə axirətdə əməl dəftərləri sağ tərəflərindən verilən və haqq-hesabları asanlıqla çəkilənlər nəzərdə tutulur. Yəmin sözündə eyni zamanda yümn (asanlıq) sözünün mənası var.

Əshabu-ş-şimal ifadəsi isə əməl dəftərləri sol tərəflərindən verilən və sorğu-sualları çətin keçənləri bildirir.

Beləliklə, əshabu-l-yəmin cənnətlik olanlar, əshabu-ş-şimal isə cəhənnəmliklər deməkdir.

Bunlar axirətlə əlaqədar məfhumlardır. Bəzi insanlar bunları siyasi tendensiya kimi sağ və sol anlayışları ilə qarışdırırlar. Əslində isə belə deyildir; bu məfhumların siyasətlə əlaqəsi yoxdur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.