Sual: Quranın Maidə surəsinin 67-ci ayəsində Allah Muhəmməd peyğəmbəri qoruyacağını vəd edir. Ancaq Uhud döyüşündə peyğəmbərin dişi qırılıb. Elə isə bunu nə cür başa düşmək lazımdır?
Cavab: Sualınızda qeyd etdiyiniz ayə aşağıdakı kimidir:
“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz”.
Bu məsələ ilə əlaqədar olaraq belə bir hədis rəvayət olunur:
Peyğəmbərimiz (s. a. v.) Mədinə şəhərinə gəldiyi vaxt gecələr səhərə qədər oyaq qalırdı. Çünki hər dəqiqəbaşı bir basqın və hücum baş verə bilərdi. Nəticədə o da öldürülərdi.
Peyğəmər heç vaxt: “Baxın, mən peyğəmbərəm. Allah məni qoruyacaq”, – deyib lovğalanmırdı. O, öz peyğəmbərlik-elçilik vəzifə və borcunu yerinə yetirirdi.
Sad ibn Əbi Vaqqas o vaxt peyğəmbərimizi belə gördükdə ona deyib ki, ey Allahın elçisi, mən qarovul tutaram, siz istirahət edib yatın. Bundan sonra peyğəmbər də yatıb dincəlir. Sonra bu ayə nazil olur və peyğəmbərimiz Sad ibn Əbi Vaqqasa deyir ki, sən narahat olub keşik çəkmə, get. Rəbbim məni qorumağı öz öhdəsinə götürdü. Yəni, mənə belə bir vəd verdi. (Mənbə: Tirmizi, Təfsiru-l-Quran, 6.)
Məlum olduğu kimi, düşmənlər Uhud döyüşündə bütün vasitələrdən istifadə edərək istədilər ki, peyğəmbəri öldürsünlər. Amma buna müvəffəq ola bilmədilər.
Bu bir müharibə idi. Əlavə olaraq, yaralanmaq ayrı bir şeydir, öldürülmək ayrı.
Bütün bunlar göstərir ki, Allah Təala peyğəmbərimizi Uhudda da qorumuşdur.
Yeri gəlmişkən, Uhud döyüşü ilə əlaqədar sual-cavabla buradan tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2747.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.