Müsəlmanlar
Qəbristanlıqda məscid tikmək olar?

Qəbristanlıqda məscid tikmək olar?

Sual: Mən işimlə əlaqədar olaraq çox gəzirəm. Bəzi yerlərdə görürəm ki, qəbristanlığın içində boş bir ərazidə məscid tikiblər. İslamda buna icazə var?

Cavab: Qəbristanlıqda boş bir yerdə məscid tikməyin bir eybi yoxdur. Təhlükəli olan məsələ bir qəbri məscid halına gətirmək və ya qəbirə tərəf namaz qılmaqdır.

Bunu da yaddan çıxartmamaq lazımdır:

Həzrəti Muhəmmədin (s. a. v.) axırıncı dəfə xəstələndiyi vaxt dediyi bir sözü var:

“Allah yəhudi və xristianlara lənət etsin. Bunlar peyğəmbərlərinin qəbirlərini məscid (səcdəgah) edib məbəd halına gətirdilər”.

Bu söz məscidlərin həndəvərində qəbristanlıq olmağını deyil, qəbirlərin məscid halına salınmasını qadağan edir. ((Buxari, Cənaiz, 62; Əbu Davud, Cənaiz, 76.))

İslamda qəbir ziyarəti məsələsi ilə əlaqədar olaraq aşağıdakı yazını oxuyun:

http://www.muselmanlar.com/fitvalar/407.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.