Müsəlmanlar
Süni mayalanma, yoxsa tale ilə barışmaq?

Süni mayalanma, yoxsa tale ilə barışmaq?

Sual: Sizin süni mayalanma ilə əlaqədar suala verdiyiniz cavabı oxudum. Amma öz sualıma tam cavab tapa bilmədim. Bizdə (yoldaşım və mən) uşaq sahibi olmaq üçün sağlamlıq baxımından heç bir problem yoxdur. Lakin süni mayalanma ilə ata-ana olmaq istəyirik. Bu dini cəhətdən düzdür? Yoxsa taleyimizə tabe olub belə yaşamalıyıq?

Cavab: Süni mayalanma bir müalicə metodudur. Təbii yolla övladı olmayanlar aşağıdakı keçiddə qeyd edilən şərtləri yerinə yetirmək şərti ilə ata-ana ola bilərlər.

http://www.muselmanlar.com/fitvalar/1749.html

Müalicə olunmamaq və taleyi ilə barışmaq deyilən bir şey yoxdur. Müalicə olunmaq da taleyin bir hissəsidir. İnsan mütləq həkimə getməli və  lazımi müalicəni almalıdır.

Allah bir dərd veribsə, dərmanını da verib. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) belə buyurmuşdur:

Üsamə ibn Şərikdən (r. a.) edilən rəvayətə əsasən belə demişdir:

“Bədəvilər: “Ey Allahın elçisi, əgər xəstələnsək, müalicə olunaqmı?”, – deyə soruşdular. Peyğəmbər buyurdu:

“Bəli, müalicə olunun. Ey Allahın bəndələri, müalicə olunun. Çünki Allah yaratdığı hər bir xəstəlik üçün mütləq bir şəfa (dərman) yaradıb. Amma bir xəstəlik istisna təşkil edir”.

Bunun üstündən peyğəmbərdən (s. a. v.) soruşdular ki, bəs o xəstəlik hansı xəstəlikdir? O isə bunun qocalıq olduğunu dedi. ((Tirmizi, Tibb, 2; Əbu Davud, Tibb, 1; İbn Macə, Tibb, 1.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.