Müsəlmanlar

Molyusk yemək halaldır, yoxsa haram?

Sual: Peyğəmbərimiz deyib ki, dənizin suyu təmiz, ölüsü isə halaldır. Elə isə nə üçün bəzi din xadimləri: “Molyusk yemək olmaz, halal deyil”, - deyirlər? Bir də donuz balığı deyilən bir şey var. İmam Malik deyib ki, siz özünüz buna donuz deyirsiniz, halbuki, onu yemək halaldır. Bu məsələlərin hansı düzdür?

Cavab: Allah Təala Quranda belə buyurur:

“Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dənizdən çıxan qidalar sizə halal edildi”. (Maidə, 5/96)

Bu ayədəki “təamuhu” ifadəsinə “onu yemək” kimi məna vermək düzgün deyil. Çünki Ərəb dilində “yemək” feli “əkələ” ilə işlədilir.

Dənizin ovu deyildiyi zaman üzüb qaçan balıqlar, dəniz qidaları deyildikdə isə dənizdəki bitkilər, molyusklar (midiya, midyə), eləcə də yosun və sairə nəzərdə tutulur. Yəni, ovlamağa ehtiyac olmadan toplana bilən şeylər.

Bəzi adamlar deyirlər ki, balıq formasında olmayan dəniz məhsulları halal deyil. Bununla əlaqədar olaraq uydurma bir hədis də rəvayət edirlər. Bütün bunlar onların öz dediklərini əsaslandırmaq cəhdindən başqa bir şey deyil.

Halbuki, Allahın ayəsi və peyğəmbərin (s. a. v.) hədisləri bu məsələyə dair hər şeyi açıq-aydın göstərir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2072.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.