Sual: Qurana əsasən şəhid kimə deyilir? Vəzifə və xidməti borcunu yetirərkən ölən hər bir insan şəhiddir?
Cavab: Qurani-Kərimdə “şəhid” və “Allah yolunda öldürülənlər” məfhumları ayrı-ayrı şeylərdir.
Şəhid sözünün mənası fərqlidir: Bir şeyə şahid olan, bir şeyi görən, ya da bir məsələdə ixtisaslaşmış olan şəxs deməkdir.
İndiki danışıq dilində bununla Allah yolunda öldürülənlər/həlak olanlar nəzərdə tutulur. Allah Təala buyurur:
“Allah yolunda ödürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz”. (Bəqərə, 2/154)
Ayədəki ifadə: “Allah yolunda öldürülənlərə” formasındadır. Biz müsəlmanlar olaraq öz xoş niyyətimizlə kiminsə haqqında: “Bu şəxs Allah yolunda öldürülüb/ölüb”, – deyə fikrimizi bildiririk. Lakin Allah Təalanın həmin şəxsin haqq-hesabını necə çəkəcəyini bilə bilmərik.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.