Sual: Biz müsəlmanıq. Hər gün dəfələrlə namaz qılır və dua edirik. Hər namazda Quranın Fatihə surəsini oxuyur və: “Bizi düzgün yola çatdırdıqlarının (hidayət) yoluna çatdır”, - deyib Allaha dua edirik. Allah Bəqərə surəsinin 3, 4 və 5-ci ayələrində hidayətdə olanların kim olduqlarını izah edib. Orada deyilir ki, namaz qılanlar hidayətdədirlər. Elə isə biz nə üçün hər namazda: “Bizi düzgün yola çatdır”, - deyirik? Bunu nə cür başa düşmək lazımdır?
Cavab: İslam bütöv bir dindir; yəni, tamdır. Bu tamlığa xələl gətirən əqidə və əməllər insanı düzgün yoldan çıxardır. Ən təhlükəli günah şirkdir. Belə ki, namaz qıldığı halda, bir az çətinliyə düşən kimi: “Dadıma çat ya filankəs”, – deyib Allahdan başqa kimi isə köməyə çağıran və şirk günahına batan insanların sayı az deyil. Buna görə də həmişə düzgün yolda qalmaq böyük bir səy və cəhd tələb edir.
Saytımızın “Kitablar” bölməsindən “Duada vasitəçilik və şirk” kitabını endirib oxusanız, özünüz də bütün bunlara şahid olacaq və Fatihə surəsindəki: “Bizi düzgün yola çatdır”, – duasının nə qədər vacib olduğunu görəcəksiniz.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.